İsrail ordusu Qəzza zolağına hücum edib

19 Fevral 2018 13:07 (UTC+04:00)

İsrail aviasiyası Qəzza zolağındakı HƏMAS mövqelərinə hava zərbələri endirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusu məlumat yayıb.

"İsrail müdafiə ordusu aviasiyanı hərəkətə keçirərək Qəzza zolağının cənub hissəsində yeraltı infrastruktura hava zərbələri endirib", deyə məlumatda bildirilir.