İsmayıllıda 3 otaqlı ev yanıb

19 Fevral 2018 10:36 (UTC+04:00)

İsmayıllıda yanğın qeydə alınıb.

SİA-nın FHN-ə istinadən verdiyi məlumata əsasən, Bakı şəhəri, İsmayıllı rayonu, Buynuz kəndində ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.