“Kaspi” qəzeti TÜRKSOY-un mətbuat mükafatı ilə təltif olunub

17 Fevral 2018 15:30 (UTC+04:00)

“Kaspi” qəzeti Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mətbuat mükafatı ilə təltif olunub. SİA-nın verdiyi məlumata görə, “Kaspi” bu mükafata 2017-ci ildə türk dünyasının mədəniyyət xəbərlərini geniş işıqlandırdığına görə layiq görülüb.

Mükafat 2018-ci il üçün türk dünyası mədəniyyət paytaxtı elan edilən Türkiyənin Kastomonu şəhərində TÜRKSOY-un təşkil etdiyi mərasimdə “Kaspi” qəzetinin baş direktoru İlham Quliyevə təqdim olunub.