Lənkəranda intihar hadisəsi olub

17 Fevral 2018 23:06 (UTC+04:00)

Lənkəranda intihar hadisəsi olub. APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin Vaqif Hüseynov küçəsi, 28 ünvanında yaşayan 31 yaşlı Şahin Nurəddin oğlu İbrahimov həyətdəki tövlədə özünü asaraq intihar edib. Ş. İbrahimov ailəli olub. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.