"Whatsapp"dan daha bir yenilik MARAQLI

17 Fevral 2018 13:27 (UTC+04:00)

"Whatsapp" istifadəçiləri yeniliklərə alışmış olsa da, bu yeni funksiya daha həyəcanvericidir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Google"un eksperimental məhsullar üzərində işləyən bir hissəsi olan "Area 120" vasitəsi ilə "Ağıllı Cavabvermə" xüsusiyyətinin "Whatsapp"la yanaşı "Facebook" "Messenger" və "Wechat" kimi digər mesajlaşma proqramlarına da təqdim olunacağı deyilir.

"Ağıllı Cavabvermə" funksiyası sayəsində mesajlara yalnız bir toxunuş ilə qarşılıq vermək mümkün olacaq. Məsələn, dostunuzun "yoldasan?"? sualına sürətli "bəli" cavabı göndərə biləcəksiniz. Həmçinin, sizə göndərilən fotoşəkillərə stilinizə uyğun cavablar da təklif edilir. Bundan başqa "nə zaman evdə olacaqsan?" kimi bir sual gəldiyi zaman evə qədər məsafə hesablanaraq cavab olaraq göndəriləcək.

İstifadəçilərin yükünü azaldacaq bu proqram "Whatsapp", "Facebook Messenger", "Android Mesajlar", "Skype", "Twitter" və "Slack" kimi proqramlarda problemsiz işləyəcək.