Lavrovun Yaponiyaya səfərinin tarixi bəlli oldu

17 Fevral 2018 10:45 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrovun Yaponiyaya səfərinin tarixi müəyyənləşib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya XİN-i məlumat yayıb.

Məlumata əsasən, cümə günü Münhendə Lavrov yaponiyalı həmkarı Taro Kono ilə görüşüb.

Tərəflər sıx əlaqələrin vacibliyini vurğulayıblar. Bundan əlavə Rusiya XİN rəhbərinin martın 21-də gündoğan ölkəyə səfəri barədə razılığa gəlinib.