Meksikada güclü zəlzələdən sonra 200 yeraltı təkan qeydə alınıb

17 Fevral 2018 16:42 (UTC+04:00)

Meksikada güclü zəlzələdən sonra yeraltı təkanların sayı 200-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat açıqlayıb. Bundan əvvəl 122 afterşokun qeydə alındığı açıqlanmışdı. Ən güclü afterşok 5.9 bal gücündə qeydə alınıb.

Qeyd edək ki, Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur, sunami təhlükəsi elan edilməyib. Hazırda zəlzələnin vurduğu maddi ziyan araşdırılır.