Zibil toplama məntəqəsində yanğın 9 ölü

17 Fevral 2018 11:16 (UTC+04:00)

Çinin cənubundakı Guangdong vilayətində zibil toplama məntəqəsində baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 1 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə bu gün Çinuyan şəhərində baş verib. Hazırda yanğın lokallaşdırılıb, yaralı isə xəstəxanaya çatdırılıb. Deyilənlərə görə, yaralının həyatı təhlükəsi yoxdur. Hazırda hadisənin baş vermə səbəbələri araşdırılır. Hüquq mühafizə orqanları şübhəliləri saxlayıb.