Muzey işçi axtarır

17 Fevral 2018 10:17 (UTC+04:00)

AMEA-nın Nizami Gəncəvi Adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. AMEA-dan SİA-ya verilən xəbərə görə,m üsabiqə muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçi və baş elmi işçi vəzifələrinə 1 yerdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan şəxslər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən 1 ay müddətinə təqdim edilməlidir.