Məşhur müğənni ərə gedir FOTOLAR

16 Fevral 2018 16:47 (UTC+04:00)

Türkiyəli müğənni-aktrisa Banu Alkan İzmirdə moda evinin açılışında iştirak edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, ifaçı tədbirdə şəxsi həyatı haqda hər kəsi şoka salacaq açıqlama verib. O, tezliklə ailə quracağını bildirib: "Moda evində gəlinliklər var. Hamısı çox gözəldir. Yaxın günlərdə ərə gedəcəm. Gəlinliyimi elə bu moda evindən geyinəcəm. Toyumda geyinəcəyim gəlinliyi nişanlımla birgə seçəcəyik".

Qeyd edək ki, sənətçi ərə gedəcəyin şəxsin Los Angelesdə yaşadığını söyləyib. Amma Alkan, toyunun İzmirdə olacağını bildirib.