İsrail Parlamenti qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etdi! (TƏCİLİ)

15 Fevral 2018 00:01 (UTC+04:00)

İsrail Knesseti (Parlament) qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini qəbul etməyib. RİA Novosti agentliyi xəbər verir ki, “Jerusalem post” nəşrinin yaydığı məlumata görə, Knesset "Eş Atid" partiyasının sədri Yair Lapidin dəstəklədiyi qondarma “erməni soyqırımı”nı tanımaq barədə qanun layihəsini ilkin səsvermədə rədd edib.