Mahmud Abbasla Netanyahu Rusiyada görüşəcəklər

15 Fevral 2018 01:19 (UTC+04:00)

"Fələstin Prezidenti Mahmud Abbasla İsrail Baş naziri Benyamin Netanyahu arasında görüşə Rusiya ev sahibliyi edəcək." Bu sözləri Fələstin Xarici İşlər naziri Riyad Maliki deyib. Maliki ABŞ-ın artıq Fələstin-İsrail münaqişəsində yeganə vasitəçi ölkə olmayacağını bildirib.

Qeyd edək ki, ötən gün Maliki açıqlamasında Soçi, yaxud Moskvada danışıqların keçirilməsi ehtimalının olduğunu bəyan etmişdi.