Türkiyə Egey dənizində nəzarəti gücləndirir

15 Fevral 2018 01:05 (UTC+04:00)

Türkiyə Egey dənizində Yunanıstanla gərginliyə səbəb olan Kardak qayalıqlarında liman və müşahidə qülləsi tikintisinə başlayıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Dəniz Qüvvələri komandanlığından informasiya yayılıb.

Məlumata görə, liman və müşahidə qülləsinin tikintisinə Kardak qayalıqlarından 1 mil uzaqlıqdakı Çavuş adasında başlanılıb. Yeni müşahidə qülləsinin tikintisi ilə ərazidə həm qaçaqmalçılığın, həm də Yunanıstanın təcavüzkar təşəbbüslərinin qarşısının alınması nəzərdə tutulub.

Qeyd edək ki, ötən gün Yunanıstan Sahil Mühafizə Xidmətinə məxsus qayıqların sərhəd pozuntusuna yol verməsi iki ölkə arasında gərginliyə səbəb olmuşdu.