ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında atəş açılıb

14 Fevral 2018 22:04 (UTC+04:00)

ABŞ Milli Təhlükəsizlik Agentliyinin Merilend ştatının Fort-Mid şəhərində yerləşən mənzil-qərargahı qarşısında atəş açılıb. ABC telekanalının yaydığı məlumata görə, insident nəticəsində üç nəfər yaralanıb, ehtimal olunan atıcı saxlanılıb. Xüsusi xidmət orqanlarının əməkdaşları mənzil-qərargahın hasarına çırpılan avtomobili təhqiq edirlər.

Fort-Midin hakimiyyət orqanları şəhərin avtomobil magistrallarının bağladıqlarını bildiriblər. Hadisə yerində Federal Təhqiqatlar Bürosunun əməkdaşları işləyir. ABŞ Prezidenti Donald Tramp insident barədə məlumatlandırılıb.