Yunker Türkiyə əleyhinə bəyanat yaydı

14 Fevral 2018 20:55 (UTC+04:00)

Avropa Komissiyasının sədri Jan Klod Yunker Türkiyə ilə Yunanıstan arasında Egey dənizində yaşanan gərginliyə münasibət bildirib. Bu barədə “Röyter” informasiya yayıb. “Türkiyənin davranışlarına şiddətlə qarşı çıxırıq”, - Yunker bildirib.

Qeyd edək ki, ötən gün iki ölkə arasındakı mübahisəli ərazi sayılan Kardakda yunan və türk gəmiləri toqquşmuşdu.