Prezident Vuçiçi təbrik etdi

14 Fevral 2018 18:07 (UTC+04:00)

Prezident İlham Əliyev serbiyalı həmkarı Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, təbrikdə deyilir:

“Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.