"Sumqayıt" - "Neftçi" - STATİSTİKA

14 Fevral 2018 17:02 (UTC+04:00)

Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt” futbol klubu doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, “Sumqayıt”ın rəsmi saytı bu oyun öncəsi "Neftçi" ilə qarşılaşmalardakı statistik göstəriciləri açıqlayıb:

1. Komandalar Azərbaycan çempionatlarında 22 dəfə qarşılaşıblar.

2. “Sumqayıt” “Neftçi” ilə qarşılaşmalardan 8 qələbə, 2 heç-heçə və 12 məğlubiyyətlə ayrılıb.

3. Komandalar arasındakı top fərqi 26-37 “Neftçi”nin xeyrinədi.

4. Amil Yunanov “Neftçi” ilə qarşılaşmalarda ən çox qol vuran “Sumqayıt”lı futbolçudu (3 qol).

5. "Sumqayıt" son 4 ev oyununda “Neftçi”ni məğlubiyyətə uğradıb.

"Sumqayıt" - "Neftçi" qarşılaşması fevralın 17-də “Kapital Bank Arena"da keçiriləcək və saat 18:30-da start götürəcək.