İntizam Komitəsi cərimə və cəzaları açıqladı

14 Fevral 2018 14:33 (UTC+04:00)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

10 fevral 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XV turunun “Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub (maddə 52).

10 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Keşlə” – “Səbail” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).

10 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Zirə” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).

12 fevral 2018-ci il, Bakcell U-17 Liqasında, “Səbail” – “Neftçi” matçının 43-cü dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Vüqar Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

Oyunun 62-ci dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu İlkin Əbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

Oyunun 90+2 və 90+4-cü dəqiqələrində “Neftçi” klubunun müvafiq olaraq 5 №-li futbolçusu Nihad Qurbanlı və 1 №-li futbolçusu Abbas Abbasov hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyun cəzalanıb (maddə 42.3).

11 fevral 2018-ci il, U-14 Liqasında, “Qarabağ” – “Səbail” matçının 3-cü dəqiqəsində “Qarabağ” klubunun 1 №-li futbolçusu Tərxan Mehmanlının sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

10 fevral 2018-ci il, U-14 Liqasında, “Zirə” – “Qəbələ” matçının 29-cu dəqiqəsində “Zirə” klubunun 8 №-li futbolçusu Rza Əliyev, 7 №-li futbolçusu Cavidan Bilalzadə və “Qəbələ” klubunun 2 №-li futbolçusu Nuğay Rəşidov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 4 oyun cəzalanıb (maddə 38.3).

Oyunun 51-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Məhəmməd Yəhyayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

10 fevral 2018-ci il, U-14 Liqasında, “Autizmlilər” İK – “Mançester Yunayted” matçında “Autizmlilər” komandasanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).

U-12 Liqasında, “Xətai” klubunun futbolçusu İslam Kazımovun sənədlərinin saxta olması aşkarlanmışdır. İntizam Komitəsi bunu nəzərə alaraq futbolçunun iştirak etdiyi aşağıda göstərilən oyunlara 0:3 hesablı texniki məğlubiyyət verib.

11 fevral 2018-ci il, Azərbaycan həvəskarlar liqasının, “Balaxanı” – “Bərdə” FK matçında “Bərdə” klubunun 1 №-li futbolçusu İlkin Fərhadov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb (maddə 42.3).