"Hər kəs öz ordusunun dəstəkçisi kimi hərəkət etməlidir" MÜNASİBƏT

14 Fevral 2018 13:19 (UTC+04:00)

“Bizim həm uyğun qurumların, həm də jurnalist və ekspertlərin Türkiyənin Afrin əməliyyatı zamanı yeritdiyi və yürütdüyü informasiya siyasətini dərindən və yaradıcı bir şəkildə izləmələrinə ehtiyac var”. SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.

“Mənim orada diqqətimi ən çox cəlb edən çeşidli qurumların arasındakı sıx koordinasiya, sinxronluq, fors-major hallara operativ reaksiya, ekspertlərin insayder informasiyaları ilə necə təmin edilmələri və onların bu informasiyalarla necə işləmələridir. Savaş gedən və yaxud savaşan aparan bir ölkədə siyasətçi də, məmur da, ekspert də, kəndli də, əsnaf da, həkim də, müəllim də, axund da, evdar qadın da - hər kəs öz ordusunun dəstəkçisi, dəstəkçisindən də ötə əsgəri kimi hərəkət etməlidir. Bax Türkiyədə belə bir informasiya atmosferi formalaşdırılır və fikrimcə, bu çox önəmlidir”-deyə, deputat fikirlərini tamamlayıb.