Nazir: “XİN rəhbərlərinin görüşü ilə bağlı heç bir plan yoxdur”

14 Fevral 2018 13:11 (UTC+04:00)

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində XİN rəhbərlərinin üçtərəfli formatda görüş keçirməsi ilə bağlı heç bir plan yoxdur”. SİA-nın verdiyi məlumata görə, bunu Ria-Novosti agentliyinə müsahibəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli formatda görüş keçirməsi ilə bağlı heç bir plan yoxdur.