MSK DSK sədrləri üçün müşavirə keçirəcək

14 Fevral 2018 11:35 (UTC+04:00)

Sabah Mərkəzi Seçki Komissiyasının inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçiriləcək.

SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrasına həsr olunur.