Putinlə Poroşenko arasında telefon danışığı olub

14 Fevral 2018 10:10 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər bir sıra məsələləri, həmçinin fevralın 16-da Normand Dördlüyü ölkələrinin XİN rəhbərlərinin Münhendə keçiriləcək görüşünün gündəliyini müzakirə ediblər.