"Fələstin İsrail hökuməti ilə birbaşa sülh danışıqlarına hazırdır"

14 Fevral 2018 05:04 (UTC+04:00)

"Üçüncü tərəfin vasitəçiliyi ilə Fələstin İsrail hökuməti ilə birbaşa sülh danışıqlarına hazırdır." Axar.az xəbər verir ki, bu sözləri Fələstinin Xarici İşlər naziri Riyad Maliki deyib. O bildirib ki, danışıqların məkanı kimi Soçi, yaxud Moskva ola bilər:

“Biz düşünürük ki, Qüdsdə keçiriləcək 15 dəqiqəlik danışığın bizə faydası dəyməyəcək. Hesab edirik ki, Soçi, yaxud Moskvada danışıqlar keçirilsə müsbət nəticələr əldə edilmiş ola bilər. Əgər Netanyahu bunu istəyirsə. Uçuş 3 saatdan artıq davam etmir və o, Putinin və Rusiya xalqının qonaqpərvərliyindən məmnun qalacaq”.