İrəvanda toqquşma: Qadınlar döyüldü!

13 Fevral 2018 22:05 (UTC+04:00)

İrəvan Ağsaqqallar Şurasının iclasında toqquşma yaşanıb. Axar.az xəbər verir ki, toqquşmaya səbəb “Ərik Ölkəsi” Partiyası üzvlərinin iclasa Nubaraşen rayonundan götürülən çirklənmiş suyu gətirməsi olub. Nümayəndələr məhz bunun ucbatından rayon ərazisində dözülməz iyin yayıldığını bildirib.

Partiyanın üzvlərindən Marina Xaçaturyan İrəvan meri Taron Markaryana su qablarından birini verməyə cəhd edib. Onun bu addımına Respublika Partiyasının üzvləri mane olub. Bundan sonra çirklənmiş su Markaryanın masasına dağılıb. Bu isə tərəflər arasında toqquşmaya səbəb olub və Xaçaturyan bir neçə zərbə alıb.

Partiya üzvlərinin binadan çıxarılması üçün hadisə yerinə polis cəlb edilib.