Azərbaycan vasitəsilə 10,4 mln. ton yük daşınıb

13 Fevral 2018 17:27 (UTC+04:00)

"Ötən il Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 1,2 mlrd. dollar təşkil edib ki, bu da daha əvvəlki illə müqayisədə 43 faiz çoxdur". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Çinə səfər çərçivəsində Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb ki, bu da Azərbaycan məhsullarının Çin bazarına çıxarılmasına böyük imkanlar yaradacaq.

Nazir bildirib ki, indiyədək Çin Azərbaycana 770 mln. dollar həcmində sərmayə qoyub: "Burada neft sahəsinə qoyulan sərmayələr üstünlük təşkil edir. Buna misal olaraq, SOCAR-ın GPS layihəsində Çin şirkətinin iştirakını da nümunə göstərmək olar. Çin şirkətlərinin Azərbaycana marağı böyükdür. Azərbaycanın qapıları Çin şirkətləri üçün açıqdır".