“Kəpəz” hazırlıqlara başlayıb

13 Fevral 2018 17:58 (UTC+04:00)

Topaz Premyer Liqasının XVI turunda Gəncədə “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına başlayıb. SİA-nın məlumatına görə, komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Sarı-göylər”in məşqləri hər gün saat 11:00-da olacaq. “Kəpəz” fevralın 16-nadək bu məkanda hazırlıq keçəcək.

Qeyd edək ki, "Kəpəz" - "Keşlə" görüşü 18 fevral tarixində baş tutacaq.