"Kəpəz" yeni transferini sifariş edib

13 Fevral 2018 15:54 (UTC+04:00)

"Kəpəz" futbol klubu yeni transferi Dario Federikonu PFL-ə sifariş edib. SİA-nın məlumatına görə, braziliyalı hücumçunun adı Gəncə klubunun iştirak ərizəsinə daxil edilib. Beləliklə, o, Topaz Premyer Liqasının 16-cı turunda "Keşlə"yə qarşı ev oyununda meydanda çıxa biləcək.

Qeyd edək ki, "Kəpəz"in Cənubi Koreya klubu "Sonnam"dan aldığı D.Federikonun transfer vərəqəsi gecikdiyi üçün onun adı iştirak ərizəsinə əlavə edilməmişdi.