Ceyhun Bayramov əmr imzaladı

13 Fevral 2018 15:29 (UTC+04:00)

Ali, orta ixtisas, ilk peşə-ixtisas, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2018-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş tədbirlər həyata keçiriləcək. SİA-nın məlumatına görə, bu, təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramovun imzaladığı "Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə" əmrdə qeyd edilib.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.