Manaf Ağayev: "Bəzi jurnalistlər müğənniləri biabır etməklə məşğuldur" AÇIQLAMA

13 Fevral 2018 15:12 (UTC+04:00)

Müğənni Manaf Ağayev bəzi jurnalistlərdən gileylənib. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "Jurnalistlərin əksəriyyətində belə bir adət-ənənə var. Sənətçilərin nə pis əməlləri varsa, onu yazıb, üzə çıxaraq. Əksər media mənsubları ifaçılar barədə yalnız iyrənc xəbərlər axtarırlar. Çalışırlar ki, tanınmış insanların əsəblərini korlasınlar. Mən demirəm sənətçilərin səhvləri olmur. Amma vicdanı olan jurnalist müğənninin səhvlərini gizlədər. Həmin məşhur insanın səhvi haqda yazıb, tamaşaçıların gözündən salmaz. Bir çox jurnalistlər ancaq hansı müğənni boşandı və ya ərə getdi, kim kimin arvadını əlindən aldı məsələlərini gündəmə gətirərək, ifaçıları biyabr etməklə məşğuldurlar. Xüsusui ilə qeyd edim ki, dəfələrlə uğurlarım olub, heç o haqda yazan media işçisi görməmişəm. Çünki mən irəli gedə bilərəm".