Milli Məclisdə Spikerlə komitə sədri arasında anlaşmazlıq yaşandı

13 Fevral 2018 12:59 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə arasında mübahisə yaranıb. SİA-nın məlumatına görə, bələdiyyələrin illik fəaliyyətinə nəzarət edən orqanın hesabatının müzakirəsi zamanı Arif Rəhimzadəyə nazir müavini Vilayət Zahirovdan sonra söz verilməsi onun narazılığına səbəb olub: “Rəhbərlik etdiyim komitəyə aid məsələ müzakirə olunursa, mənə əvvəldən söz və ya sonda sualları cavablandırmaq üçün vaxt verilməliydi. İndi lazım deyil. Belə olmaz, nazir müavinindən sonra deyiləcək sözüm yoxdur”.

“İrad bildirmək lazım deyil, mən elə düşünmədim”, - deyə spiker komitə sədrinin iradına cavab verib.