Natavan, Röya və Elnarə barışdı? FOTO

13 Fevral 2018 11:11 (UTC+04:00)

Uzun müddətdir küsülü olan keçmiş “W-trio” qrupunun solistləri Natavan Həbibi, Röya Ayxan və Elnarə Xəlilova yenidən barışığa imza ata bilərlər.

SİA-nın məlumatına görə, Natavan illər öncə “Planet parni iz Baku” komandasının onları parodiya etdiyi videonu "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "Ay səni... Röya Ayxan və Elnarə Xəlilova, günün mövzusu. Sizi öpürəm”.

Qeyd edək ki, rəfiqələrin küsməsinə səbəb Röya və Elnarənin Natavanın solo konsertinə gəlməməsi olmuşdu. Daha sonra isə onlar bir-birinin ünvanına sərt sözlər demişdi.