BMT-nin baş katibinin Ümumdünya Radio Günü ilə əlaqədar MÜRACİƏTİ

13 Fevral 2018 10:40 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ümumdünya Radio Günü ilə əlaqədar müraciət yayıb. SİA-nın xəbərinə görə, baş katib radionun dünyada ən geniş auditoriyaya malik olduğunu bildirir. O qeyd edir ki, kommunikasiya sahəsində sürətli inkişaf erasında radio hələ də əyləndirmək, maarifləndirmək, məlumatlandırmaq və həvəsləndirmək gücünü özündə saxlayır. Radio icmaları birləşdirə və gücləndirə bilər, çətin durumda olanlara isə eşidilmək imkanı verir.

“Bu il Qış Olimpiya Oyunlarının davam etdiyi bir vaxtda biz idman yarışları yayımının insanları bir yerdə həyəcanlandırmaq və nailiyyətlərə sevindirməklə bir araya gətirdiyinin bir çox nümunələrini görürük.

Gəlin Ümumdünya Radio Günündə insanlara potensiallarını tam göstərməyə kömək edən həm radio, həm də idmana layiq olduqları dəyəri verək”, - deyə Antonio Quterreş müraciətində qeyd edir.