Ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

13 Fevral 2018 10:12 (UTC+04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.