Səfərbərlik xidmətinin əməkdaşları Fəxri Xiyabanda oldu

13 Fevral 2018 10:05 (UTC+04:00)

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-ci ildönümüdür. SİA-nın xəbərinə görə, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Daha sonra Xidmət əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarında və Şəhidlər xiyabanında olublar.