Elza İbrahimovanın xatirəsi anılacaq

13 Fevral 2018 09:29 (UTC+04:00)

Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Muzeydən SİA-ya bildirilib ki, həzin nəğmələr müəllifinin yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, ömrünü əks etdirən videogörüntü nümayiş olunacaq.

Tədbirdə incəsənət ustaları bəstəkarın mahnılarını ifa edəcəklər.