Qripi məhv edən lampa

13 Fevral 2018 09:20 (UTC+04:00)

Bu gün xəstəxana və laboratoriyalarda mikrobları məhv etmək məqsədilə ultrabənövşəyi şüalardan istifadə olunur. Lakin bu metod insan sağlamlığı üçün təhlükə yarada bilər. SİA-nın xəbərinə görə, amerikalı fiziklər artıq müəyyənləşdiriblər ki, ultrabənövşəyi dalğaları qısaltdıqda insana zərər yetirmədən mikrobları məhv etmək olar.

ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin Tibb Mərkəzinin fiziki Devid Brennerin rəhbərliyi ilə bir qrup tədqiqatçı insan sağlamlığı üçün təhlükəsiz olan ultrabənövşəyi lampa hazırlayıblar.

Alimlər bu qənaətə gəliblər ki, bu cür dalğalar insanın gözünün buynuzlu qişasına və dərisinə heç bir zərər vermədən mikrobları öldürür. Qısa ultrabənövşəyi dalğalardan izdiham olan yerlərdə də istifadə etmək mümkündür.