Mixail Saakaşvili Poroşenkonu hədələdi!

13 Fevral 2018 05:30 (UTC+04:00)

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili fevralın 18-də paytaxt Kiyevdə yeni aksiyalara start verəcəyini açıqlayıb. Axar.az xəbər verir ki, gürcü lider bundan sonra da planlarının dəyişməyəcəyini qeyd edib.

“Biz ayın 18-də alternativ hökuməti təqdim edəcəyik. Biz öz planlarımızı dəyişdirməyəcəyik. Biz heç nədən imtina edən deyilik və bütün bunlar onu göstərir ki, biz doğru yoldayıq”, - deyə eks-prezident “NyusVan” telekanalında çıxışı zamanı bildirib.

Qeyd edək ki, dünən Ukrayna hökuməti Saakaşvilini ölkədən çıxarıb. O, Polşaya gedib.