ABŞ təyyarəsi Rusiyanın qərb sərhədlərinə yaxınlaşıb

13 Fevral 2018 04:11 (UTC+04:00)

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Rusiyanın qərb sərhədlərinə yaxınlaşıb. Axar.az xəbər verir ki, ABŞ-a məxsus RC-135V tipli təyyarə Litva və Polşa hava məkanından keçərək Kalininqrad vilayətinin ətrafında dövr edib.

Qeyd edək ki, daha öncə də eyni tipli təyyarə Baltik dənizinin neytral səmasında uçuş həyata keçirib. Bu il ərzində isə ABŞ təyyarələrinin 14 dəfə Rusiyanın qərb sərhədlərinə keçdiyi bildirilib.