Ağdamda yanğın hadisəsi olub

13 Fevral 2018 05:07 (UTC+04:00)

Ağdamda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü və bir otağının yanar konstruksiyaları 28 m2 sahədə yanıb.

Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.