“Zeytun budağı” əməliyyatında 31 hərbçi həlak olub

12 Fevral 2018 17:18 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatında indiyə qədər 31 hərbçi həlak olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərərgahı açıqlama yayıb.

Məlumata əsasən, əməliyyat zamanı 143 hərbçi yaralanıb.

"İŞİD, PYD, YPG terror təşkilatlarına aid 627 hədəf məhv edilib, 1369 terrorçu zərərsizləşdirilib", deyə məlumatda qeyd edilir.