Samirdən sərt sözlər: "Nura ərkini get evində dədənə et" FOTO

12 Fevral 2018 17:15 (UTC+04:00)

Müğənni Samir Cavadzadə Nura Surinin onun haqqında dediyi xoşagəlməz sözlərə sərt reaksiya verib.

SİA-nın məlumatına görə, sənətçi Nura xəbərdarlıq edərək, onun haqqında danışmağa qadağa qoyub: “Deyir, Samir heç anasına zəng etmir? Bu nə qədər düzgün ifadədir? Anam zəng edib deyir ki, bu niyə belə danışır? Dedim, keçmişdə öz əməllərinə görə başına o qədər zərbələr vurublar ki, beyin qapağında çatları çoxdur. Heç kəs haqda indiyənə qədər bir pis kəlmə işlətməmişəm. Qalmaqaldan uzaq olmuşam. Bir tərif edib, arxasıyca gülərək tamaşaçı gözündə antireklam etmək elə-belə deyil. Məqsədyönlüdür... Üzümə demisiniz ki, sən çıxsan biz batacayıq. Buna da gülüb yan keçmişəm. Mələk cildində çıxıb camaatı dolamayın.

İllər boyu “dost” deyib efirdə mənim antireklamımla məşğul olmusunuz. Məqsədiniz nədir? Nə vermisən, ala bilmirsən? Hər zaman susmuşam, bağışlamışam. Susduqca siz həddinizi aşırsınız. Danışanda ifadələrə fikir verin. Heç kəslə işim olmayıb, pisliyim dəyməyib. Özünüz oturun fikirləşin niyə mən sizdən aralı gəzirəm? Guya bunlar ərk edib danışırlar. Bu ərki gedin evdə dədəniz üçün edin. Qeybə çəkilmiş həyatınızı yaşayın”.

Qeyd edək ki, Nura "ATV maqazin onlarla" verilişində Samirin ünvanına bu sözləri deyib:

“Yenə itib. Bu dəfə mən də onu axtarmayacam. İtməyinin səbəbi yoxdur. Səbəb yoxdur, olsaydı bilərdim və dillənməzdim. Bu insan öz anasına, bacısına da zəng etmir. Öz aləmində yaşayan insandır".