Reanimasiyalıq olan Kadir İnanırdan xəbər var FOTO

12 Fevral 2018 15:02 (UTC+04:00)

“Yeşilçam” aktyoru Kadir İnanırın səhhətində problem yaranıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, aktyor beyin damarlarında yaranan trompa görə əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

Aktyorun səhhəti haqda vətəndaş nikahında yaşadığı xanımı Jülide Kural məlumat yayıb. O, bildirib ki, hazırda İnanırın səhhəti normaldır: “Həyati təhlükəsi qalmayıb. Şüuru da açıqdır”.