Aparıcı:"Ailə quracağım şəxs mənim sahib olduğum heç nəyə yiyələnə bilməz" AÇIQLAMA-FOTOLAR

12 Fevral 2018 14:25 (UTC+04:00)

Aparıcı Vüsalə Kərimova şəxsi həyatı haqda açıqlama verib. SİA-ya danışan aparıcı maraqlı məqamlara toxunub: "Bəzi məşhurlar kimi heç vaxt efirlərdə reklam xatirinə deməmişəm ki, ərə gedirəm. Ailə qurmaq bazardan alış-veriş etmək deyil. Kiminləsə ailə quraramsa, həmin şəxs illərlə mənim sınağımdan keçməlidir. Çünki bildiyiniz kimi, illər öncə həyat yoldaşımdan boşanmışam. Bu səhvi bir də etmərəm. Ərə gedəcəyim şəxsin insanı keyfiyyətləri hər şeydən üstün olmalıdır. Onu da qeyd edim ki, ailə qursam ərim mənim evimdə yaşaya bilməz. Məni öz yaşadığı mənzilə aparmalıdır. Çünki yaşadığım evi, idarə etdiyim maşını özüm almışam. Ailə quracağım şəxsi mənim sahib olduğum heç nəyə yiyələnə bilməz. Bütün mal-mülküm oğluma aiddir".