Gənc oğlan özünü kanala atdı

12 Fevral 2018 11:47 (UTC+04:00)

Qazax rayon sakini 1992-ci il təvəllüdlü İsgəndərov Elçin Elşən oğlu özünü rayon ərazisindən keçən suvarma kanalına atıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, gənc su kanalından sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov