Xatirə əri ilə boşanmadığını sübut etdi FOTOLAR

12 Fevral 2018 11:07 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bir müddət öncə müğənni Xatirə İslamla həyat yoldaşı Fəxrəddin bəylə boşandıqları haqda dedi-qodular gəzirdi.

SİA-nın məlumatına görə, sənətçi əri ilə bilrikdə “Zaurla Günaydın” verilişinin qonağı olub. Proqramda sənətçinin atası, oğlu və bacısı da yer alıblar.

Sənətçi əri ilə birlikdə kamera qarşısına keçərək, boşanmadığını sübut edib.

O, sosial şəbəkədə həyat yoldaşı ilə fotolar paylaşaraq, bu sözləri qeyd edib: "Biri yazırdı divar kağızınız cırıqdı, biri yazır əri keçəldi. Mənim ərimə lağ edəcəksinizsə, niyə onun şəklini paylaşım? Axı bunları izləyicilər üçün paylaşıram. Onlar isə buna layiq deyillər. Bir dəfə dedim ki, ötən il arzularımdan biri reallaşdı. Səhər yuxudan oyandım ki, yazıblar boşandılar. Mənim arzum boşanmaq idi? Bunu maqazin proqramı yalan verdi".