Umka da bu kanaldan getdi

12 Fevral 2018 10:05 (UTC+04:00)

Space TV-də çalışan aktrisa-aparıcı Ümnisə Hacıyeva (Umka) işdən çıxıb. SİA-nın məlumatına görə, o, idarə etdiyi “Sənətsevər plus”, “İdman hamı üçün” verilişləri ilə vidalaşmalı olub. Hacıyevanın televiziyadan qalmaqallı şəkildə ayrıldığı deyilir.

"İdman hamı üçün" verilişinə Aysel Nazim aparıcılıq edəcək.

Qeyd edək ki, ötən gün “Hər səhər” verilişinin aparıcısı Əkbər Əliyev də kanalla işbirliyinə son qoyub.