İsrail ordusu Suriya sərhədində “Dəmir Qübbə” yerləşdirir

12 Fevral 2018 02:49 (UTC+04:00)

İsrail ordusu Suriya sərhədində “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri yerləşdirməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə İsrailin “Reşet14” telekanalı məlumat yayıb. Həmçinin hazırda Suriya-İsrail sərhədində nisbi stabilliyin olduğu da qeyd edilib.

Xatırladaq ki, ötən gün Suriya İsrailə məxsus bir neçə qırıcını vurduğunu bəyan edib. İsrail isə yalnız bir F-16-nın vurulduğunu, pilotun sağ qaldığını təsdiqləyib.

Bunun ardınca isə İsrail ordusu Suriyanın hava hücumundan müdafiə sistemlərini və İrana məxsus 4 hədəfi məhv edib. İran tərəfi bu məlumatı təkzib edərək, İsraili yalan məlumat yaymaqda suçlayıb.