Paytaxtda yanğın

11 Fevral 2018 11:09 (UTC+04:00)

Paytaxtda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 30 m2 olan köməkçi tikilinin bir otağının yanar konstruksiyaları və əşyalar 10 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.