Samuxda kürəkən qayınanasını bıçaqlayıb

11 Fevral 2018 08:03 (UTC+04:00)

Samuxda bıçaqlanma hadisəsi baş verib. Publika.az xəbər verir ki, hadisə rayonun Sərkər kəndində baş verib. Kənd sakini, 1945-ci təvəllüdlü Yüsibova Pakizə Böyükkişi qızı kürəkəni tərəfindən bıçaqlanıb. Hazırda yaralı cərrahiyyə əməliyyatı edilir. Faktla bağlı araşdırma aparılır.