Bakı-Qazax yolunda iki avtomobil toqquşub

11 Fevral 2018 02:48 (UTC+04:00)

Bakı-Qazax magistralında yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində sərnişin, rayonun Xanlıqlar kənd sakini, 1983-cü il təvəllüdlü Sevinc Məmmədalıyeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilub. Vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.